Ru
13:25 / 25 Aprel 2025

60 həkim baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT etdi: "Aqressivlik edir..." - NAZİRLİKDƏN AÇIQLAMA - YENİLƏNİB

60 həkim baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT etdi: "Aqressivlik edir..." - NAZİRLİKDƏN AÇIQLAMA - YENİLƏNİB
Eye

12:52

Azərbaycanda 60-a yaxın həkim psixiatr Respublikanın baş psixiatrı Teymur Qafarovdan səhiyyə naziri Teymur Musayevə şikayət edib.


Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirə olunan şikayətdə bildirilib ki, Teymur Qafarov ölkənin baş psixiatrı olsa da, onun nə pandemiya, nə də müharibə dövründə fəaliyyətini görməyiblər.

İddia olunub ki, sertifaksiya imtahanı üçün baş psixiatrın yanına gedən uzman psixiatr həkimlərə qarşı Teymur Qafarov çox aqressivlik nümayiş etdirib edir və kursdan keçmələrinə mane olub.

Daha bir məlumata görə, həkim psixiatrların Teymur Musayevə şikayətindən sonra Səhiyyə Nazirliyi tərəfindən onların çalışdıqları klinikalarda yoxlamalar aparılır.

****
Bakupost.az xəbər verir ki, Səhiyyə Nazirliyi Qaynarinfo-nun məsələ ilə bağlı sorğusuna belə cavab verib:

"Sorğunuza cavab olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə yalnız bir həkim psixiatr Əmrah Abdullayev tərəfindən şikayət daxil olub. Şikayət Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən ətraflı araşdırılıb və nəticə barədə şikayətçiyə cavab verilib. Şikayətçi verilən cavabdan narazı qalarsa müvafiq qaydada aidiyyəti qurumlara da müraciət etmək hüququndan istifadə edə bilər".



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar