Ru
14:27 / 26 Mart 2025

600 hektardan çox sahə külə döndü

600 hektardan çox sahə külə döndü
Eye

Ötən həftənin sonundan bəri Yaponiyanın qərbində tüğyan edən meşə yanğınları 600 hektardan çox sahəni külə döndərib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, meşə yanğınları Ehime əyalətində 306 hektardan çox, Okayamada isə 310 hektardan artıq ərazini yandırıb.

Rəsmilər yanğınların Miyazakiyə də keçdiyini bildiriblər. Yanğınların təsir etdiyi bölgələrdə yaşayan minlərlə insan üçün təxliyə əmri verilib.

Yanğınsöndürmə qrupları bütün səylərə baxmayaraq alovların nəzarət altına alına bilmədiyini və yaşayış yerlərinə yaxınlaşdığını açıqlayıblar.

Qeyd edək ki, fevralın 26-da Yaponiyanın şimal-şərqində də meşə yanğınları baş verib. Günlərlə davam edən yanğın 2600 hektar ərazini əhatə edib. Xəsarət alanlarla yanaşı, 1 nəfər həlak olub. Təqribən 5000 sakin təxliyə barədə göstəriş alıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar