“İşğaldan azad edilən ərazilər ilk olaraq minalardan təmizlənməli, təhlükəsizlik bərpa olunmalıdır. İnsanlar həmin ərazilərə qayıtmalı və aqrar sahədə nəzərdə tutulan tədbirlər həyata keçirilməlidir. Bunun üçün hökumətin müəyyən planları, dövlət proqramları var və bütün işlər layihələr əsasında həyata keçirilir. Vaxtilə sözügedən torpaqlarda pambıq, üzüm, taxıl yetişdirilib. Həmin torpaqlardakı dağlıq ərazilər isə heyvandarlığın inkişafı üçün çox əhəmiyyətlidir”.
O bildirib ki, görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Bunun üçün lazım olan maliyyə vəsaiti ayrılıb. Texniki proseslər həyata keçirilir və ölkə rəhbərinin tapşırıqları əsasında həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsi artıq gündəmdədir:
“Uzun müddət işğal altında olan torpaqlar düşmən tərəfindən yararsız vəziyyətə salınsa da, orada mühüm tədbirlər həyata keçirilir. Statistik məlumatlara görə, 600 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilməyə hazırdır. Sözsüz ki, həmin torpaqların istifadəyə verilməsi regionda kənd təsərrüfatının inkişafına böyük təkan verəcək”.
Sevinc,
BakuPost