Ru
00:24 / 23 İyul 2024

64 yaşlı qadın 43 il həbsdə günahsız yatdı

2299
ABŞ-nin Missuri ştatında 1980-ci ildə qətlə görə mühakimə olunan 64 yaşlı Sandra Hemme günahsız olduğu müəyyən edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 43 il həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Sandra Hemme ABŞ-də təsadüfən ən uzun müddət həbsdə qalan qadın olub.

Missuri Baş Prokurorunun qadının azadlığa buraxılmasına qarşı apardığı bir aylıq mübarizədən sonra o, iyulun 19-u Çillikote həbsxanasından azad edilib.

Bildirilir ki, Hemme 1980-ci ildə İosif şəhərində kitabxanaçı Patrisiya Yeşkeni bıçaqlayaraq “öldürdüyünə” görə ömürlük həbs cəzasına məhkum edilib. O, psixiatrik xəstəxanada müalicə alarkən yanlış olaraq cinayəti törətdiyini etiraf etməsindən sonra həbs cəzası alıb.
Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar