Bakı şəhəri Binəqədi rayonunda yerləşən 313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov vəzifəsindən azad edilib.
Bakupost.az xəbər verir ki, bu barədə məktəbin sosial media hesabında paylaşım edilib.
Onun yaş səbəbilə vəzifəsindən azad edildiyi bildirilir.
79 yaşlı direktor 17 ildir sözügedən məktəbdə fəaliyyət göstərir.