Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:38 / 30 İyul 2024

700 min nəfərin maaşı artırılacaq: Artım necə hesablanacaq? - VİDEO

10121
Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən minimum əməkhaqqının artacağı gözlənilir. Artıq bununla bağlı təkliflər hazırlanır və payızın sonuna kimi baxılması üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Daha sonra hökumətin təklifləri müzakirə edəcəyi və minimum əməkhaqqının artırılması ilə bağlı qərar veriləcəyi gözlənilir. Yeni qərar 700 mindən artıq vətəndaşın əmək haqqısının artmasına təsir göstərə bilər.




Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, indiyə kimi minimum əməkhaqqı ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Hətta saathesabı minimum əməkhaqqının hesablanma qaydası ilə bağlı təkliflər də var:

“Açığı, indidən hökumətin hansı qaydalar qəbul edəcəyini söyləmək çətindir. İstənilən halda minimum əməkhaqqı ilə bağlı qərar verilsə belə, bu, yanvarın 1-dən tətbiq olunacaq. Çünki sentyabrın 1-i ölkədə parlament seçkiləridir. Yeni parlamentin formalaşması, təqribən sentyabrın sonuna kimi işə başlaması və bundan sonra, dekabrda 2025-ci ilin büdcəsinin müzakirələri olacaq. O zaman yəqin ki, bununla bağlı qanunvericilik səviyyəsində qərarlar verilə bilər. Amma çox güman ki, minimum əməkhaqqı inflyasiyaya, yaxud da orta aylıq əməkhaqqının artım tempinə görə indeksləşdiriləcək. Amma bilinmir ki, hansı qaydanı götürəcəklər. Əgər rəsmi şəxslər bununla bağlı ictimai bilgiləndirmə etsələr, iqtisadçılar da bunu rahat şəkildə şərh edə bilərlər. Hansı qaydanın qəbul olunması ilə bağlı rəsmi qərar yoxdur deyə nə qədər artacağı ilə bağlı da indidən söz söyləmək mümkün deyil. Əgər inflyasiya səviyyəsinə görə götürsələr, çox cüzi artım olacaq. Orta aylıq əmək haqqının artım tempinə görə götürsələr, təqribən 8-10 faizlik artım gözlənilə bilər”.




İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır:


“Ölkədə istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Bütün tələbləri nəzərə aldıqda minimum əməkhaqqı 600 manata çatdırılmalıdır”.



Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar