Ru
14:48 / 02 Avqust 2024

İl yarımlıq müavin istefa verdi – Goranboy İcra Hakimiyyətində nə baş verir?

İl yarımlıq müavin istefa verdi – Goranboy İcra Hakimiyyətində nə baş verir?
Eye

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.

Bakupost.az xəbər verir ki, ötən ilin fevralında bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb. İddialara görə, bu addım Goranboyun icra başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.


Ş.Həsənovun işdən çıxarılma xəbərini İH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov Bakupost.az -a təsdiqləyib.

Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib. Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.




Elnur
BakuPost



Şərhlər
  • İ.Mustafaoğlu (Şəki)

    Məhərrəm Quliyev PA-dan Şəki İH kurator olduğu dövrdən tanıyıram. Məhərrəm müəllim olduqca çox savadlı, təcrübəli, ciddi və tələbkar bir rəhbər idi. O öz xidmətləri ilə dövlətimizə və xalqımıza sədaqətlə xidmət edib. Məhərrəm müəllimi gözdən salmaq qeyri-mümkündür. İşinin öhdəsindən gəlməyən məmuru işdən azad edərlər, başqa söz danışmaq. özünüzü hörmətdən salmaq deməkdir. Məhərrəm müəllim kimi İcra Başçısı olan rayonun əhalisi xoşbəxtdir !

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar