Ru
12:09 / 09 Aprel 2025

Məktəbli qıza qarşı zorakılıq edən 4 nəfər həbs edildi - Biri anasıdır

Məktəbli qıza qarşı zorakılıq edən 4 nəfər həbs edildi - Biri anasıdır
Eye

Yardımlı rayonunda orta məktəb şagirdi olan qıza qarşı cinsi zorakılıq törədilib.

Bakupost.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, hadisəyə görə 4 nəfər həbs olunub:

“Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Onlar arasında qızın anası da var. Azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır”.

K.Ağazadənin sözlərinə görə, azyaşlı qız sığınacağa yerləşdiriləcək, reabilitasiyaya cəlb ediləcək.

Təşkilat sədri hadisənin üstünün açılmasına görə polisə təşəkkür edib:

“Mən illərdir ki, polis əməkdaşları tərəfindən uşaqların hansı ağır situasiyalardan çıxarıldığının, onlara qarşı cinayət əməlləri törətmiş şəxslərin ən ağır maddələrlə cəzalandırılmasının, heç bir güzəştə gedilməməsinin şahidiyəm. Polisimlə necə fəxr etməyim? Güvən olduqca önəmlidir. Güvənəcəyimiz isə polisdir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar