Ru
09:55 / 04 Fevral 2025

8 Noyabr prospektində maşın aşdı - ANBAAN VİDEO

8 Noyabr prospektində maşın aşdı - ANBAAN VİDEO
Eye

Bakı şəhər Xətai rayonu ərazisində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, qəzaya 8 Noyabr prospekti ilə X.Rüstəmov küçələrinin kəsişməsində manevr qaydalarına əməl etməyən “Mitsubishi Pajero” markalı avtomobilin səbəb olduğu müəyyənləşib.

Məlum olub ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasına əməl etməyib.

Belə ki, avtomobil yolayrıcında sola dönən zaman qarşıdan düzünə hərəkətdə olan “VAZ” markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən “VAZ” markalı avtomobil aşıb və yol kənarında yerləşən svetoforu qıraraq yerindən çıxarıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində qeydə alınan yol-nəqliyyat hadisələri zamanı 41 svetofor yararsız vəziyyətə düşüb.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar