Ru
10:00 / 23 Sentyabr 2024

8 Noyabr prospektindəki məhdudiyyət qismən aradan qaldırıldı - FOTO

640
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov Bakupost.az -a bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.


Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
8 Noyabr prospektindəki məhdudiyyət qismən aradan qaldırıldı - FOTO
8 Noyabr prospektindəki məhdudiyyət qismən aradan qaldırıldı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar