Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:49 / 17 Oktyabr 2024

9 ayda təcili yardımda 40 min əsassız çağırış qeydə alınıb

562
"Bu gün təcili yardım xidmətinin üzərinə çox böyük yük düşür. Ölkəmiz üçün əlamətdar olan günlərdə, beynəlxalq tədbirlərdə, bayram günlərində də təcili yardım gücləndirilmiş iş rejimində çalışır. Xüsusən də paytaxt Bakıda gündəlik çağırış sayları da kifayət qədər çoxdur. Gün ərzində yalnız Bakı üzrə təcili və təxirəsalınmaz yardım üçün 2000-2500 çağırış qeydə alınır".

Bakupost.az xəbəbr verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub:

"Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub.

Bu da müəyyən qədər yüklənmə yaradır. Bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır. Ümumilikdə, respublika üzrə təxminən 1000-ə qədər ambulans istismardadır".

Aygün, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar