Ru
15:58 / 29 Mart 2025

“91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?!” – Xalq artisti Ceyran Haşımova

“91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?!” – Xalq artisti Ceyran Haşımova
Eye

“Təzyiqdən əziyyət çəkirəm, gah qalxır, gah da düşür. Ürəyim də zəifdir. Çölə çıxa bilmirəm, evin içində o tərəfə, bu tərəfə gəzirəm”.

Bakupost.az xəbər verir ki, bunu "Müsavat"a 91 yaşlı Xalq artisti, tarzən Ceyran Haşımova deyib.

O bildirib ki, mart ayını çox ağır keçirib:

“Təzyiqim oynayır, taqətdən düşmüşəm. Heç yerə gedə bilmirəm. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur. Gəlinim, nəvələrim gəlib mənə baş çəkirlər. “Lalə” qızlar ansamblının üzvləri yanıma gəlir. Tək deyiləm, çəkdiyim zəhmətin bəhrəsini görürəm.

Sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə Xalq artisti qadın tarzən mənəm. Amma indiyə kimi “Şöhrət” ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək, lakin bu olmadı. Mənə niyə “Şöhrət” ordeni düşməsin ki?! Bu orden veriləndə əlimə pul gəlməyəcək, sadəcə olaraq yaşamaq üçün stimuldur. 25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Mədəniyyət Nazirliyi deyir ki, bu məsələyə baxılacaq. Nə zaman? 91 yaşım var, gözləyirlər ki, ölüm, sonra versinlər?!

Oğlum Rəşad Haşımov deyir ki, ay ana, nəyinə lazımdır? Amma bu, mənə pis təsir edir, stress keçirirəm”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar