Ru
11:03 / 05 Dekabr 2024

94 yaşlı modeli rekordlar kitabına salan NƏDİR?

94 yaşlı modeli rekordlar kitabına salan NƏDİR?
Eye

Amerikalı Karmen Del Orefici təkcə podiumlara deyil, həm də Ginnesin Rekordlar Kitabına öz damğasını vurub.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın ən uzun müddət podiumlarda qalmış model kimi tanınır.

İlk dəfə amerikalı qadın podiuma 1946-cı ildə çıxıb. O zaman Karmenin cəmi 16 yaşı vardı.

1947-ci ildə Del Oreficinin siması “Vogue” jurnalının üz qabığını bəzədi. Müvəffəqiyyətə baxmayaraq, o 30-dan yuxarı olanda podiumdan ayrılmaq qərarına gəlmişdi, tanınmış modeli yalnız nüfuzlu moda jurnallarının səhifələrində marka geyimlərin şəkilləri olan kataloqlarda görmək olardı.

1978-ci ildə, Karmenin 47 yaşı olanda, o, geri qayıtdı - yaşına və ağ saçlarına baxmayaraq, Vogue jurnalının üz qabığında hələ də seksual görünürdü.
1990-cı illərdə qadın Vudi Allen və Martin Skorsezenin filmlərində çəkilərək özünü aktrisa kimi sınadı.

Del 94 yaşında hələ də model fəaliyyətini davam etdirir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar