Ru
18:30 / 15 Yanvar 2025

98 kenqurunun qatili saxlanıldı

98 kenqurunun qatili saxlanıldı
Eye


Avstraliyada təxminən 100-ə yaxın kenqurunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə news.com.au məlumat yayıb.

Məlumata görə, oktyabr ayında polis, piyada qoşunlarının təlim poliqonu kimi fəaliyyət göstərən və təlim hərbi bazası olan Singletonda 98 kenqurunun qalıqlarını tapıb. Hadisə yerində boş patronlar və sursat qabları da aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb və şübhəli kimi Villiamtovn şəhər sakini 43 yaşlı Coi Peysi müəyyən ediblər. Ehtimallarqa görə, heyvanları məhz o öldürüb. Onun evlərində axtarış aparılıb və bir neçə tüfəng aşkarlanıb. Bununla yanaşı, şübhəlinin patron və sursat saxlamaq üçün icazəsi olmayıb.

Peysin odlu silah saxlama lisenziyası ləğv edilib. Ona ağırlaşdırıcı hallarda heyvanlara qarşı qəddar davranış, qadağan oluinan ərazidə odlu silahdan istifadə, əraziyə qanunsuz daxil olma, silahı təhlükəsiz saxlamama və qorunan heyvanlara zərər vermə ittihamları irəli sürülüb.

Lalə, BakuPost

Şərhlər
  • Bəhrami

    Ölkəmizin qoruqlarıda Zebralar, Kenqurular yaşarmı və təbiətən hər qoruqda azı 10-20 baş olmalıdırlar? Xəzərin Ağ nərəsi ölkəmizdə az tapılıb, alıcı üçün baha olsa da dünyaca *məşhur*du.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar