Ru
12:45 / 24 Mart 2025

98 yaşlı Ömər Eldarov haradadır? – Köməkçisi danışdı

98 yaşlı Ömər Eldarov haradadır? – Köməkçisi danışdı
Eye

“Səhhəti normaldır, hansısa xəstəliyi yoxdur. Heç bir tədbirdən qalmır, tez-tez sərgilərə qatılır”.

Bakupost.az xəbər verir ki bunu Musavat.com-a açıqlamasında 98 yaşlı Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun köməkçisi Mehriban Rəcəbova deyib.

O bildirib ki, heykəltəraş günün müəyyən hissəsini emalatxanasında keçirir və eskizlər çəkir:

“Əvvəlki kimi aktiv fəaliyyətlə məşğul deyil. Emalatxanası soyuq olmayanda oraya gedir. İndi bayramla əlaqədar rayona gedirik. Ayın sonu Bakıya geri qayıdacağıq”, -deyə M. Rəcəbova bildirib.

Qeyd edək ki, Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. 2001-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi çalışıb.

Ona “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenləri verilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar