"Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara daha çox təfəkkür, fərdi, tənqidi, kritik düşünmə bacarıqları ilə əlaqəli suallar salınır. Yoxsa, iki vur ikini öyrədib sonra da onu imtahan sualına salmaq doğru olmaz. Bu, biliyin düzgün qiymətləndirilməsi demək deyil".
Bunu Bakupost.az -a təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli bildirib.
O qeyd edib ki, DİM-in imtahana saldığı suallar çox adekvat və yerində olan suallardır:
“Amma bu gün DİM-in imtahanından yüksək bal toplamayan tələbə savadsız tələbə deyil. Sadəcə ola bilsin ki, imtahan günü o abituriyentin psixoloji durumu uyğun olmayıb, fiziki çəhətdən tam hazır olmayıb. Bu, nisbi bir şeydir. DİM-in imtahanları abituriyentin biliyini tam ölçmür. Sadəcə olaraq müəyyən ixtisaslaşma üzrə bilikləri yoxlayır”.
V.Kərimli bildirib ki, universitetlərdə proqramları dəyişsələr və gələcəkdə müəllim işləyəcək kadrlar yeni metodlara uyğun hazırlansa, o zaman nəticələr də yaxşı olacaq.
Sevinc
BakuPost