Ru
20:18 / 10 Mart 2025

ABŞ Avropa ilə ticarət müharibəsi aparır - Şefçoviç

ABŞ Avropa ilə ticarət müharibəsi aparır - Şefçoviç
Eye

ABŞ Avropa İttifaqı ilə ticarət münaqişəsinin qarşısının alınmasını müzakirə etmək istəmir, buna görə də Avropa cavab tədbirləri tətbiq etməyə hazırlaşır.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç deyib.

İki gündən sonra ABŞ-ın polad və alüminium idxalına tarifləri qüvvəyə minir və bu, Aİ-yə təsir edəcək.

Şefçoviç, keçən ay dialoqa başlamaq, “tədbirlərin və əks tədbirlərin lazımsız nəticələrindən” qaçmaq üçün Vaşinqtona getdiyini deyib. Və tərəflər mümkün əməkdaşlığın bir neçə istiqamətini müəyyənləşdirdilər.

"Ancaq tək əllə əl çalmaq olmaz. ABŞ administrasiyası, deyəsən, sövdələşməyə getmək istəmir. Bizim qapılarımız açıqdır. Amma təbii ki, bu, müsbət nəticə verməsə, o zaman biz Avropa bizneslərini, işçilərini və istehlakçılarını əsassız tariflərdən qoruyacağıq", - Şefçoviç bildirib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar