Ru
14:24 / 09 Oktyabr 2024

"ABŞ Azərbaycan üçün qəbuledilməz təkliflər irəli sürür" - Millət vəkili

"ABŞ Azərbaycan üçün qəbuledilməz təkliflər irəli sürür" - Millət vəkili
3033

“Azərbaycan və Ermənistan vasitəçi olmadan aralarındakı problemli məsələlərin həlli üçün çalışırlar. Məhz ABŞ bu prosesə kənardan müdaxilələr edir. Nəticədə sülh prosesi yubanır. Azərbaycanın Ermənistan qarşısındakı tələbləri İrəvandan daha çox Vaşinqtonu narahat edir. Bu narahatlığın əsasında həm də erməni lobbisinin maliyyə vəsaiti dayanır”.




Bu fikirləri Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, erməni lobbisindən qidalanan konqresmenlər Azərbaycana qarşı qəbuledilməz təşəbbüslər irəli sürürlər:

"Azərbaycan hakimiyyətinin dövlət maraqlarını ABŞ-ın regional planlarına qurban verməməsi okeanın o tayında qıcıq yaradır. Unutmaq olmaz ki, ABŞ-ın demokratiya adı altında müxtəlif regionlarda yaratdığı qeyri-stabil vəziyyət bu gün dünyamızı yaşanmaz hala gətirib. ABŞ Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsini həzm edə bilmir. Xüsusən də, Rusiya ilə münasibətlərimizin hazırkı səviyyəsi ABŞ-ı təlaşlandırır. Çünki bizim Rusiya ilə münasibətlərimiz Vaşinqtonun Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq planlarına daban-dabana ziddir".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar