Ru
12:32 / 01 İyul 2024

ABŞ Azərbaycan və Ermənistanı sülhə niyə tələsdirir? - Açıqlama

1315
“Hazırda ABŞ və Qərb nüfuz qazanmaq üçün Cənubi Qafqazda aktiv siyasi-iqtisadi həmlələr etməyə çalışır. Bir vaxtlar bu ölkə sülh danışıqları üçün platforma təqdim etməyə çalışırdı. Lakin sonradan Azərbaycan və Ermənistan vasitəçisiz şəkildə prosesi davam etdirməyə cəhd göstərdilər. Hazırda ABŞ-ın regionla bağlı təşəbbüsləri bu ölkənin strateji maraqlarından qaynaqlanır".

Bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.

Onun dediyinə görə, ABŞ-ın tez bir zamanda sülh əldə olunmasına tələsməsi əbəs deyil:

“Burada əsas məsələ Azərbaycanın tələbləridir. Rəsmi Bakının mövqeyi dəfələrlə bəyan edilib. Hazırkı şərtlər altında dayanıqlı sülhdən danışmaq olmaz. Paşinyandan sonrakı iqtidarların Cənubi Qafqaza yeni müharibələr gətirməməsi üçün konstitusiya dəyişlikləri labüddür. Bu dəyişiklik olmalıdır. Bu olmasa, sülh məsəsələsi uzanacaq”.

Millət vəkili qeyd edib ki, Ermənistanın silahlandırılması fonunda Qərbin sülhlə bağlı təşəbbüslərinə bel bağlamaq olmaz.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər