ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına inanır.
Bakupost.az xəbər verir ki, bu barədə səfir Mark Libbinin videomüraciətində bildirilir.
“İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”.
Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib