ABŞ Çin Xalq Respublikasından idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə qədər yüksəldib.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat yayıb.
Onun sözlərinə görə, yeni rüsumlar aprelin 9-dan etibarən qüvvəyə minəcək.
O bildirib ki, bu addım Çinin cavab tədbirlərinə reaksiya olaraq atılıb.
“Çinin cavab tədbirləri qəbul etməsi səhv addım idi”, – Levit vurğulayıb.