Ru
21:39 / 09 Aprel 2025

ABŞ Çin üçün ticarət rüsumlarını 125 %-ə qaldırdı

ABŞ Çin üçün ticarət rüsumlarını 125 %-ə qaldırdı
Eye

ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 %-ə qədər artırır.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 %-ə qaldırıram", - Tramp qeyd edib.

Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 %-lik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 %-lik tarif tətbiq edəcək.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar