ABŞ-da təhsil alan hicablı türk tələbə Betül Yıldırımın saxlanılması ilə bağlı yayılan skandal görüntülər geniş rezonans doğurmuşdu.
Bakupost.az xəbər verir ki, hadisə ABŞ-ın Nyu-Heyven şəhərində, Yale Universiteti yaxınlığında baş vermişdi.
Polis, Betül Yıldırımın öz avtomobilinə minmək istədiyini iddia edərək onu güclə yerə yıxmış, əl-qolunu bağlayaraq saxlamışdı. Bütün bu anlar isə ətrafdakı təhlükəsizlik kameralarına əks olunmuşdu.
CNN Türk: Rəsmi qərar verildi
CNN Türkün məlumatına görə, ABŞ məhkəməsi hadisənin hüquqi qiymətləndirilməsi ilə bağlı ilkin qərarını verib. Məhkəmə Betül Yıldırımın saxlanılmasında polisin ehtiyatsız və lüzumsuz güc tətbiq etdiyi qənaətinə gəlib.
Türkiyə Xarici İşlər Nazirliyinin və ABŞ-dakı türk diasporunun məsələni diqqətdə saxlaması, eləcə də beynəlxalq hüquq müdafiə təşkilatlarının təpkisi, qərarın verilməsində rol oynayıb.