Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter ABŞ-yə nüvə üstünlüyünə son qoymaq üçün Rusiya ilə anlaşmağı təklif edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ritter “Dialogue Works” YouTube kanalına verdiyi müsahibədə bildirib.
"Biz Rusiya ilə birlikdə silahlara nəzarəti bərpa etmək üçün işləyə bilərik. Nüvə doktrinasında əsaslı dəyişikliklər etməliyik, çünki Amerikanın nüvə üstünlüyü ideyasının sonu çatıb", - deyə Ritter qeyd edib.
Ritterin fikrincə, nüvə üstünlüyü ideyasından imtina etmək ABŞ-a nüvə arsenalını azaltmaqla bir neçə trilyon dollar qazandıra bilər.
O hesab edir ki, nüvə arsenalını artırmağa həvəs göstərmək Birləşmiş Ştatları yalnız iqtisadi cəhətdən zəiflətmir, eyni zamanda Vaşinqtonu məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur.
Lalə, BakuPost