Ru
21:02 / 10 Aprel 2025

ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur

ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Eye

ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.

Bakupost.az "NBC"yə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.

Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.

Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.

Tələbələr və ali təhsil müəssisələri vizaların ləğvi səbəblərinin qeyri-müəyyənliyi və ABŞ hakimiyyət orqanlarının bu hərəkətlərinin qanuniliyinə dair ciddi narahatlıq ifadə edirlər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar