Ağ Ev Bakı-Qroznı reysinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcəyinə dair ilkin əlamətlər görüb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Strateji Kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.
“Biz bu təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ehtimalını göstərən bəzi ilkin əlamətlər gördük. Hazırda faktla bağlı araşdırma aparılır. Qazaxıstan və Azərbaycan bunu birgə həyata keçirir”, - Kirbi bildirib.
O qeyd edib ki, ABŞ bu araşdırma üçün öz köməyini təklif edib:
"Biz bu prosesə hörmətlə yanaşacağıq".
ABŞ-ın təyyarə qəzası ilə bağlı real kəşfiyyat məlumatı olub-olmaması ilə bağlı suala Kirbi müsbət cavab verib.
Zaur, BakuPost