Ru
12:49 / 05 Noyabr 2024

ABŞ-də prezident seçkiləri başladı

ABŞ-də prezident seçkiləri başladı
Eye

Bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə ilk olaraq Vermont ştatında açılıb.


Qeyd edək ki, bu gün ABŞ-də keçiriləcək seçkilər ölkədə gələcək 4 il ərzində kimin prezident olacağını müəyyənləşdirəcək.

Xatırladaq ki, prezident postu uğrunda mübarizə Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedir.

Səsvermənin açılış və bağlanma saatları hər ştatda fərqlidir. Ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.

Qeyd edək ki, ölkə üzrə artıq 70 milyondan çox amerikalı erkən səs verib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar