Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:25 / 23 İyul 2024

ABŞ-də prezident seçkisi: kim şanslıdır? - Tofiq Zülfüqarovdan proqnoz

3394
“ABŞ-də keçiriləcək prezident seçkilərində hansı partiyanın namizədinin seçilməsinin Cənab Prezident dediyi kimi, bizim üçün elə böyük fərqi yoxdur. Çünki hakimiyyətə gələcək şəxs Azərbaycanla bağlı siyasəti ABŞ-nin marağı əsasında quracaq”.


Bunu Bakupost.az -a açıqlamasında politoloq Tofiq Zülfüqarov ABŞ-də keçiriləcək prezident seçkiləri haqda danışarkən deyib.


O, ABŞ-nin öz maraqları olduğunu və bu maraqları daim Azərbaycan üzərindən həyata keçirəcəyini bildirib:

“Çünki Mərkəzi Asiyaya çıxışları təbii ki, Azərbaycandan başqa yolla mümkün deyil”.


T.Zülfüqarovun sözlərinə görə, dünyadakı proseslərin gedişi və gələcəyi ABŞ-dəki seçkilərdən çox asılıdır:

“Bu baxımdan seçki məsələsi vacibdir. İndiki mərhələdə birmənalı şəkildə demək olar ki, Donald Trampın və respublikaçıların üstünlüyü göz qabağındadır. Seçki prosesinin ortasında namizədi dəyişmək, bəzi konseptual yanaşmaların dəyişməsi xeyir gətirən proses deyil. Bir çox müşahidəçilər birmənalı şəkildə deyirlər ki, respublikaçılar üstünlüyə malikdirlər və bundan istifadə edəcəklər. Mən də o fikirdəyəm”.


T.Zülfüqarov Co Bayden siyasətinin uzun illərdir erməni lobbisinin təsiri altında olduğunu bildirib:

“O özü də erməni lobbisinin aktiv üzvlərindən biri idi. Onun administrasiyası dövründə erməni diasporunun təsiri həddindən artıq böyük idi. Bu, bir çox hallarda Azərbaycana və Türkiyəyə ziyan gətirən fəaliyyət idi. Ona görə Baydenin siyasi səhnədən getməsi hesab edirəm ki, bizim xeyrimizədir. Ermənilərin reaksiyasına baxsaq, görərik ki, onlar məyusluq hisləri keçirirlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • N.Seyfeli.

    Amerika kimi derin dovletde ermeni lobbiciliyinin tesirinin ele bir ehemiyyeti yoxdur, ola bilsin hansisa bir konqressmeni neyinse muqabilinde ele alsinlar, ancaq, bununda aqibeti goz qabagindadir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar