Ru
22:27 / 14 Aprel 2025

ABŞ-də Qrenlandiyanın qiymətini hesabladılar

ABŞ-də Qrenlandiyanın qiymətini hesabladılar
Eye

Qrenlandiyanın Danimarkadan alınması Birləşmiş Ştatlara 2,2 milyard dollardan çox başa gələ bilər. Sonrakı illikdə ödənişlər isə 600 milyon dolları keçə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Amerikanın Newsweek jurnalı bildirib.

Məqalədə deyilir: “ABŞ hökumətinin Danimarkaya ümumi təklifi 2,2 milyard dolları keçə bilər”.

Newsweek bildirib ki, bu rəqəm ABŞ-ın sabiq prezidenti Harri Trumenin 1946-cı ildə Qrenlandiya üçün Danimarkaya təklif etdiyi məbləğ (inflyasiya nəzərə alınmaqla) hazırkı prezident Donald Trampın krallığa təklif etdiyi illik ödənişlərə əlavə etməklə əldə edilib.

Məqalədə qeyd olunur ki, ABŞ Qrenlandiyaya hazırda Kopenhagen tərəfindən verilən illik 600 milyon dollarlıq subsidiyaları artırmağı düşünür.

Beləliklə, Qrenlandiyanın minimum dəyərini qiymətləndirmək üçün jurnalistlər 1,6 milyard dollar məbləğində pul və ona illik ödəniş 600 milyon dollar əlavə etməyin lazım olduğunu bildiriblər.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar