Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:20 / 23 İyul 2024

ABŞ-də seçkilər - Bayden geri çəkildi, Trampın rəqibi kim olacaq?

3015
Baydenin geri çəkilməsindən sonra Trampın seçkidə rəqibinin kim olacaı maraq doğurur.

Bakupost.az xəbər verir ki, ABŞ-də seçkilər yaxınlaşdıqca ölkədə yeni hadisələr baş verməkdə davam edir. Baydenin geri çəkilməsi ilə Trampın yeni rəqibi maraq mövzusuna çevrilib.

ABŞ prezidenti Co Bayden prezident seçkilərində namizədliyini geri götürdüyünü və vitse-prezident Kamala Harrisi namizəd kimi təsdiqlədiyini və dəstəklədiyini bəyan etdikdən sonra bütün gözlər Harrisə çevrilib.




Harris 1964-cü ildə Kaliforniya ştatının Oklend şəhərində Hindistandan ABŞ-yə tələbə kimi gələn bioloq ana və Yamaykadan ABŞ-yə tələbə kimi gələn iqtisad professoru qaradərili atanın ailəsində anadan olub. Universitetdə hüquq təhsili alan və uzun illər San-Fransiskoda prokuror işləyən Harris 2010-cu ildə Kaliforniya Baş Prokurorluğuna namizədliyini irəli sürüb. Ştat tarixində seçilən ilk qaradərili və ilk qadın baş prokuror olan Harris 2014-cü ildə ikinci müddətə yenidən ştatın baş prokuroru seçilib.

ABŞ-də seçkilər nə zaman keçiriləcək?

ABŞ-nin yeni prezidentini müəyyən edəcək seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Gün ərzində davam edəcək səsvermə prosesinin ardından nəticələrin gecə saatlarında açıqlanması gözlənilir.




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar