ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk bu gün Türkiyənin son nəsil F-16 “Blok 70” döyüş təyyarələrinin alınması və mövcud F-16 donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atıldığını bildirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Fleyk bunu ABŞ və Türkiyənin milli təhlükəsizliyi olduğunu bildirib. Səfir həmçinin bunun NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addım olduğunu deyib.
ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosu isə belə bir bəyanat yayıb.
“Birləşmiş Ştatlar bu gün Türkiyənin indiyə qədər istehsal etdiyi ən yeni nəsil F-16 “Blok 70” döyüş təyyarələrinin alınmasında mühüm addım atıldığını elan etməkdən qürur duyur. Bu, ABŞ-ın Türkiyə ilə təhlükəsizlik sahəsində tərəfdaşlığına sarsılmaz sadiqliyinin son nümunələrindən yalnız biridir”-deyə bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyə F-16 döyüş təyyarələri üçün ilk müraciətini 2021-ci ilin oktyabrında etmişdi. 2024-cü ilin yanvarında ABŞ hökuməti Türkiyəyə F-16 təyyarələrinin satışını təsdiqləyib. 23 milyard dollarlıq razılaşmanı göstərən bu qərar Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsindən sonra verilib.
Türkiyənin 40 ədəd yeni F-16 “Blok 70” döyüş təyyarəsi alacağı və hazırda malik olduğu 79 ədədini modernləşdirəcəyi bildirilir.
Vasif
BakuPost