ABŞ Ukraynaya 500 milyon ABŞ dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Məlumata görə, ABŞ-nin müdafiə naziri Lloyd Austin Almaniyada Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası zamanı yardım paketin açıqlayıb.
"Paketə Ukraynanın hava hücumundan müdafiə üçün əlavə raketlər, döyüş sursatı, daha çox yer-hava sursatı və Ukraynanın F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir" , - deyə Austin bildirib.