Ru
15:06 / 14 Aprel 2025

"ABŞ-dən zənglərdən başqa nəsə gözləməyə dəyməz" - Rasim Musabəyov

"ABŞ-dən zənglərdən başqa nəsə gözləməyə dəyməz" - Rasim Musabəyov
Eye

Tramp administrasiyası 907-ci düzəlişi tamamilə ləğv etmək iqtidarındadır. Ancaq respublikaçılar da bu düzəlişdən Azərbaycana təsir vasitəsi kimi istifadə edirlər. Ümumiyyətlə, ABŞ praktikasında müxtəlif düzəlişlər və sanksiyalar asanlıqla qəbul edilir, lakin kifayət qədər çətinliklə ləğv edilir. Hər halda, Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətdə maraqlıdırsa və bu, Azərbaycana müəyyən texniki dəstək tələb edəcəksə, o zaman 907-ci düzəliş dondurulmalıdır”.


Bunu Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.

O deyib ki, Trampın etibarlı adamı Stiv Vitkoff bu yaxınlarda Bakıda olub və müsahibəsində ABŞ prezidentinə bu məsələni daha dərindən araşdırmağı tövsiyə etməyəcəyini bildirib, çünki ən azı hələlik onu sülh müqaviləsinin imzalanması həddinə çatdırmaq çətindir: “Əgər Trampın etibarlı adamı bu barədə danışırsa, o zaman düşünürəm ki, Amerika administrasiyasından zənglərdən başqa, çətin ki, ciddi addımlar gözləyək”.

Qeyd edək ki, ABŞ Konqresi 1992-ci il oktyabrın 24-də Azadlığa Dəstək Aktına 907-ci düzəliş edərək, bu ölkənin Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına birbaşa yardımını qadağan edib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi 2001-ci il oktyabrında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri düzəlişin hüquqi qüvvəsi hər il bir illiyə dayandırılır.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar