Ru
17:24 / 06 Dekabr 2024

ABŞ dövlət katibi və müşaviri BAKIYA GƏLDİ - FOTO

ABŞ dövlət katibi və müşaviri BAKIYA GƏLDİ - FOTO
1881

ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədirlər.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Bakıdakı Səfirliyi öz “X” hesabında paylaşıb.

Bildirilib ki, amerikalı rəsmilər həmkarları ilə yüksəksəviyyəli görüşlər keçirmək, səfir Mark Libbi və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya gəliblər: “Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar