Ru
16:43 / 17 Mart 2025

ABŞ hərbi texnikalarını Ermənistana göndərir? - Pentaqondan açıqlama YENİLƏNİB

ABŞ hərbi texnikalarını Ermənistana göndərir? - Pentaqondan açıqlama YENİLƏNİB
Eye

ABŞ Müdafiə Nazirliyi Ermənistana mümkün hərbi texnikanın ötürülməsi ilə bağlı Rusiyanın RT agentliyinin yaydığı məlumatı şərh etmir.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlayıb.


"ABŞ Ermənistanla münasibətlərimizi yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi mülahizələrinə görə hərbi texnikanın hərəkətini şərh etmir", - məlumatda qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyi hələlik bu barədə rəsmi cavab verməyib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın RT xəbər agentliyi ABŞ Ordusunun Logistika Komandanlığının mümkün erməni-amerikan hərbi təlimləri üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistana hərbi texnika və müxtəlif növ texnika daşımağı planlaşdırdığı barədə məlumat yayıb.

Məlumatlara görə, avadanlığın köçürülməsi iyulun 16-dan avqustun 7-dək, Almaniyaya qaytarılması isə avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.

Bildirilir ki, diplomatik icazələrin mürəkkəbliyi səbəbindən nəqliyyat marşrutu Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçə bilmədiyi üçün texnika Gürcüstan ərazisindən keçməklə Ermənistana daşınacaq.

****
12:52

ABŞ yüzlərlə hərbi texnika və nəqliyyat vasitəsini Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara köçürməyə hazırlaşır.

Bakupost.az xəbər verir ki, ABŞ dövlət satınalmaları portalında yer alan məlumatlara görə, bu proses 16 iyul – 7 avqust tarixlərində baş tutacaq.

Məlumata əsasən, ABŞ ordusunun maddi-texniki təminat komandanlığı Almaniyanın Dülmen şəhərində yerləşən bazadan Ermənistandakı Zar bazasına avadanlıq daşınmasını planlaşdırır.
Analitiklər bu əməliyyatın Pentaqon və Ermənistan ordusu arasında planlaşdırılan birgə təlimlərlə əlaqəli ola biləcəyini bildirirlər. Bu addım bölgədə yeni geosiyasi gərginliyə səbəb ola bilər.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar