ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə bağlı açıqlamaları Vaşinqton və Kiyev arasında bir neçə gün ərzində yaranan “fundamental çatlardan” xəbər verir.
Bakupost.az xəbər verir ki, bu barədə Sky News bildirib.
“Amerika həmişə Ukraynanın tərəfində olub, Rusiyanı geri oturtmaq üçün onu silah və maliyyə ilə təmin edib. Ancaq cəmi bir istirahət günü ərzində münasibətlərin bu qədər pisləşdiyini gördük”, -yazıda deyilir.
Müəllifin fikrincə, Tramp ABŞ-ın xeyrinə olacaq “qısamüddətli qələbə” axtarır. Bu halda söhbət “qarşı tərəfdə yalnız Rusiyanın olduğu” danışıqlardan gedir.
Tramp Vladimir Zelenskini Ukraynada səsvermə təşkil edilərsə, ölkəsini itirə biləcək “seçkisiz diktator” adlandırıb. Bundan əlavə, onun sözlərinə görə, Vladimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcək müharibəyə sürükləyib. Tramp əlavə edib ki, ABŞ olmadan Zelenski heç vaxt Rusiya ilə sülh danışıqları apara bilməyəcək.
Zaur, BakuPost