Ru
21:31 / 04 Mart 2025

ABŞ-ın ilk hipersəs silahı hələ də döyüşə hazır deyil - Pentaqon

ABŞ-ın ilk hipersəs silahı hələ də döyüşə hazır deyil - Pentaqon
Eye

Pentaqon ilk hipersəs silahını planlaşdırılandan üç ildən gec, sentyabrın 30-na kimi hazırlayıb başa çatdırmağı hədəflədiyini bildirsə də, onun sınaq agentliyi ordunun işlətdiyi silahın döyüşdə effektiv olacağını hələ sübut etmədiyini bildirir.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg bildirib.

Qeyd olunur ki, ABŞ ordusu da onlardan istifadəyə başlamazdan əvvəl kifayət qədər yüksək manevr qabiliyyətinə malik raketlər istehsal edə biləcəyini sübut etməlidir.

2018-ci ildən bəri Pentaqon hipersəs silahlarının hazırlanması, sınaqdan keçirilməsi və yerləşdirilməsinə 12 milyard dollardan çox sərmayə qoyub.

Yeni raketlərin tədarükü müdafiə naziri Pit Heqsetin Amerika qüvvələrini daha öldürücü hala gətirmək, o cümlədən Rusiyanın Ukraynadakı müharibədə hazırda istifadə etdiyi və Çinin də malik olduğu yeni nəsil silahlara uyğunlaşdırmaq vədinin əsas sınağı olacaq.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar