Vaşinqtondakı Kennedi Mərkəzinə gələnlər ABŞ-ın vitse-prezidenti Cey Di Vensı konsertindən əvvəl fitə basıblar.
Bakupost.az xəbər verir ki, bu barədə "Qardian" qəzeti məlumat yayıb.
“Konsertlə bağlı adi anonslar başlayan kimi vitse-prezidentin qrupu lojada düzülüb. "Vens və arvadı Uşa yerlərini tutduqda zaldakı fit və uğultu səsləri anonsları eşidilməz etdi", - xəbərdə deyilir.
Qeyd olunur ki, tamaşaçıların belə reaksiyasına səbəb vitse-prezidentin səfəri ilə bağlı uzun sürən təhlükəsizlik yoxlamaları ola bilərd Bundan başqa, jurnalistlər qeyd ediblər ki, konsertin başlaması 25 dəqiqə yubanıb.
Nəşr həmçinin ABŞ prezidenti Donald Trampın Kennedi Mərkəzinin direktorlar şurasının sədrini işdən çıxararaq, özünü bu vəzifəyə təyin etməsi Vensın fitə basalması səbəblərindən biri ola bilər.
Zaur,BakuPost