ABŞ-dan Ukraynaya hərbi yardımın dayandırılması respublikanı bir neçə həftə ərzində iflic vəziyyətinə sala bilər.
Bakupost.az xəbər verir ki, bu barədə "Financial Times" Pentaqonun rəhbərinin keçmiş aparat rəhbəri Kelli Maqsamenə istinadən bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının mümkün qərarı “Ukraynanı bir neçə həftəyə iflic edəcək”. Eyni zamanda, nəşr keçmiş prezident Co Bayden administrasiyasının adı açıqlanmayan rəsmisindən sitat gətirib. O deyib ki, Vaşinqtonun köməyi olmadan Kiyev bir il deyil, bir neçə ay duruş gətirə bilər.
Bundan əvvəl Britaniyanın “UnHerd” nəşri ABŞ-ın Ukraynaya dəstəyini dayandıracağı təqdirdə respublikanın məhvə məhkum olacağını yazmışdı.
Mətndən belə görünür ki, Avropa Rusiya üzərində qələbə çalana qədər münaqişəni davam etdirmək istəyəndə Ukraynaya dəstək verməklə təhlükəli strategiya seçib. Müəlliflərin fikrincə, Vaşinqtonun dəstəyi olmadan Kiyev istədiyi üstünlüyü əldə edə bilməyəcək.
Zaur,BakuPost