Ru
23:51 / 08 Aprel 2025

ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR

ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR
Eye

Aprelin 12-də Omanda nüvə sazişi üzrə danışıqları yeniləmək üçün ABŞ-İran danışıqları birbaşa olacaq.

Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.

“Birbaşa danışıqlar aparılacaq”, - deyə o qeyd edib.

Levitt vurğulayıb ki, o, “detallar barədə prezidentdən qabağa getməyəcək”.

Martın 19-da bildirildi ki, ABŞ prezidenti Donald Tramp martın 7-də İranın dini lideri Əli Xamneyiyə göndərdiyi məktubda yeni nüvə sazişinin bağlanması üçün iki ay müddət qoyub. Martın 27-də İran hakimiyyəti Oman vasitəsilə Vaşinqtona cavab göndərib, onlar ABŞ-la birbaşa danışıqlardan imtina ediblər və üçüncü ölkələrin vasitəçiliyi ilə danışıqlara razılıqlarını bildiriblər.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar