İran hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd hazırlamayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ-nin hazırkı administrasiyasına istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, İran hakimiyyətinin müraciəti tam məxfi şəkildə yazılı şəkildə göndərilib. Bu yolla dövlət hakimiyyəti Tehran və Vaşinqton arasında artan gərginlik dərəcəsini azaltmaq niyyətində olub.
Amerika rəsmilərinin WSJ-yə verdiyi məlumata görə, məktub Trampa qarşı təhdidlərin yolverilməzliyi ilə bağlı Amerikanın xəbərdarlıqlarına cavab idi. Orada ABŞ İranın mümkün sui-qəsd cəhdlərini “hərbi təcavüz aktları” adlandırıb. Öz növbəsində iranlılar respublikaçının rəhbərlik etdiyi Ağ Evin yeni administrasiyası ilə qarşıdurmadan qaçmaq istədiklərini vurğulayıblar