Ru
13:00 / 01 Fevral 2025

ABŞ kəşfiyyatçısı: Meksika ilə müharibə olacaq

ABŞ kəşfiyyatçısı: Meksika ilə müharibə olacaq
Eye


ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter Prezident Donald Trampın kartellərlə mübarizə səbəbindən Meksika ilə müharibəyə başlaya biləcəyini proqnozlaşdırıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Düşünürəmmi ki, Meksika ilə müharibə olacaq? Bəli, təəssüf ki, olacaq. Məncə, Tramp bunu mümkün sayır”, - deyə o bildirib.

Ritter hesab edir ki, ABŞ-ın “çox aqressiv müdafiə naziri” var və milli təhlükəsizlikdən söhbət gedəndə təhlükəsizlik qüvvələri hər şeyi edə bilər.

Keçmiş kəşfiyyatçının fikrincə, ABŞ çətin ki, kartellərdən mənfi nəticələrə səbəb ola biləcək cavab tədbirlərinə hazır olsun. O ehtimal edir ki, Amerika xüsusi təyinatlı dəstəsi Meksika ərazisinə daxil olub ciddi bir hədəfi məhv edə bilər. Lakin bundan sonra kartel nümayəndələri, məsələn, ticarət mərkəzində terror aktı törədə bilər.
“Və beləcə biz artıq onların ərazisindəyik, burada isə onlar bizi sadəcə süpürəcəklər. Qətliam, itkilər olacaq”, - deyə Ritter fikrini yekunlaşdırıb.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar