Ru
08:37 / 26 Mart 2025

ABŞ kəşfiyyatı: Yeni nüvə dövlətləri yaranacaq

ABŞ kəşfiyyatı: Yeni nüvə dövlətləri yaranacaq
Eye

Amerika Birləşmiş Ştatları yaxın beş il ərzində nüvə silahlarının yayılmasını və yeni nüvə dövlətlərinin yaranmasını gözləyir.

“Report”un məlumatına görə, bunu ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) direktoru general-leytenant Ceffri Kruz ABŞ Senatının Xüsusi Kəşfiyyat Komitəsinin dinləmələrində deyib.

Onun sözlərinə görə, Amerika kəşfiyyatı nüvə silahının yayılmasını, eləcə də onların təkamülünü fəal şəkildə izləyir:

“Biz başa düşməliyik ki, planetdə kimin nüvə silahı var, onlar hansı növ və dərəcələrdə ölümcül olurlar. Son beş ildə vəziyyət kəskin şəkildə dəyişib və növbəti beş ildə də dəyişikliklər davam edəcək”.

O, həmçinin qeyd edib ki, öz çəkindirmə strategiyasına malik yeni nüvə ölkələrinin yaranması dünyada vəziyyəti çətinləşdirəcək və Vaşinqtonun siyasi qərarlarına, o cümlədən silahlı münaqişələr sahəsindəki qərarlarına təsir edəcək.

Bundan əlavə, dinləmələrdə SSRİ-nin dağılmasından sonra Rusiyaya verilmiş Ukraynanın nüvə arsenalı ilə bağlı məsələ də müzakirə olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar