Ru
22:08 / 12 Fevral 2025

ABŞ lideri Fogelə görə Putinə təşəkkür etdi

ABŞ lideri Fogelə görə Putinə təşəkkür etdi
818

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə uzun və məhsuldar telefon danışığına, habelə Mark Fogelin azadlığa buraxılmasına görə minnətdarlığını bildirib.

Bakupost.az xəbər verir ki, Amerika lideri bu barədə özünün Thruth Social sosial şəbəkəsində yazıb.

“Prezident Putinə bu söhbətə sərf etdiyi vaxta və səyə, dünən axşam Ağ Evdə şəxsən tanış olduğum gözəl insan Mark Fogeli azad etdiyinə görə təşəkkür etmək istəyirəm”, - Tramp yazıb.

Çərşənbə günü CNN, Putin və Trampın çərşənbə günü səhər telefon danışığı apardığını bildirib. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov və Trampın özü də təsdiqləyib.

Putin amerikalı həmkarını Moskvaya dəvət edib. Tramp da öz növbəsində Vladimir Putinlə çox məhsuldar danışıqlar apardığını bildirib.

Putin Trampın Vaşinqton və Moskvanın Ukraynada sülh yolu ilə nizamlanmasında birgə işləməsinin zəruriliyi ilə bağlı tezislərindən birini dəstəkləyib.

Zaur, BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar