Ru
20:58 / 10 Yanvar 2025

ABŞ Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin etdi

ABŞ Maduronun həbsi üçün 25 milyon dollar mükafat təyin etdi
537

ABŞ Nikolas Maduronun Venesuela prezidenti kimi and içdiyi gün onun həbsi üçün 25 milyon dollar mükafat təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə BBC bildirib.

"Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrinonun həbsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik", - ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə deyib.

Bundan əvvəl Venesuelanın paytaxtı Karakasda üçüncü dəfə ölkə prezidenti kimi fəaliyyətə başlayan Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar