Ru
21:50 / 25 Yanvar 2025

ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər

ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər
1104

ABŞ Prezidenti Donald Trampın administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika göndərə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post“ Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqton rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq “Stryker” döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar