Ru
16:29 / 13 May 2024

ABŞ mətbuatı: “Ukrayna atəşkəsə məcbur edilə bilər”

ABŞ mətbuatı: “Ukrayna atəşkəsə məcbur edilə bilər”
1180

Rusiya ordusunun Xarkova doğru irəliləməsi Ukraynanı Rusiya ilə atəşkəsə məcbur edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" bildirib.

Nəşr iddia edib ki, Rusiya qoşunlarının Xarkova hücum etməsi, ukraynalılar və onların müttəfiqlərinin kefini tamamilə məhv ola bilər.

"İki ildə milyardlarla dollar və yüz minlərlə insan itkisindən sonra Qərbdə elə təəssürat yarana bilər ki, çox az şey dəyişib. Bu, Rusiya ilə atəşkəs danışıqlarının aparılması üçün Ukrayna administrasiyasına təzyiqləri artıracaq".

Qeyd edək ki, mayın 11-də Rusiya Müdafiə Nazirliyi Xarkov ətrafında əhalinin sıx məskunlaşdığı ərazilərin ələ keçirildiyini açıqlayıb.

Regiondakı qondarma hərbi-mülki administrasiyanın rəhbəri Vitali Qançev isə iddia edib ki, Ukrayna qoşunları Xarkov yaxınlığında yerləşdirilib, lakin onlar Rusiya qüvvələrinin hücumu qarşısında geri çəkilməli olublar.

Vasif
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar