ABŞ prezidenti Donald Trampın administrasiyası artıq digər ölkələrdən olan tərəfdaşları ilə Qəzza zolağının bərpası imkanlarını müzakirə etməyə başlayıb. Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə gələn həftə Vaşinqtona gələcək.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Amerika xalqı onu (Trampı - red.) seçdi, çünki o, uzun illərdir dünyamızı narahat edən xarici siyasət problemlərinə başqa cür baxır. Qəzza zolağının bərpası əla ideyadır və bizim regiondakı tərəfdaşlarımız artıq bizim administrasiya ilə bunu müzakirə etməyə başlayıblar. Bəhreyn kralı gələn həftə Ağ Evə gəlir və prezident artıq Yaxın Şərqdəki bir çox tərəfdaşlarımız və müttəfiqlərimizlə bu fürsətdən danışıb", - Livitt deyib.
Zaur,BakuPost