Yeni Orleandakı terror aktında şübhəli bilinən şəxs əvvəlcə ailəsini öldürmək istəyib və yanında İŞİD simvolları olub.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, 42 yaşlı Şəmsud Din Cabbar əvvəlcə ailəsini öldürməyi planlaşdırsa da, planlarını dəyişərək izdihamın üzərinə maşın sürmək qərarına gəlib.
Onun ailəsini qətl etmək fikrinə düşməsinin səbəbi boşanması olub.
Qeyd edək ki, terror aktı nəticəsində 15 nəfər ölüb, 35 nəfər yaralanıb. Polisə atəş açan şübhəli iki nəfər öldürülüb.
FTB hücumu törədənin ABŞ ordusunda xidmət etdiyini bildirib.