Ru
11:13 / 30 Noyabr 2024

ABŞ-nin bir neçə ştatı Kanadaya birləşə bilər - SENATOR

ABŞ-nin bir neçə ştatı Kanadaya birləşə bilər - SENATOR
Eye

Nyu-York ştatının senatoru Liz Krüger ABŞ-nin şimal-şərq ştatlarının, o cümlədən Nyu-York, Konnektikut, Massaçusets və Vermontun Birləşmiş Ştatlardan ayrılması və Kanadaya birləşməsi imkanına baxılmasını təklif edib.

Bakupost.az "Newsweek" portalına istinadən məlumatına görə, Nyu-York ştatı Senatının maliyyə komitəsinin sədri Krüger Donald Trampın hakimiyyətə qayıtmasının miqrantlar üçün sığınacaq statusuna görə liberal ştatlara federal maliyyələşdirmənin azaldılması ilə təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Demokrat senator iddia edir ki, yeni seçilmiş prezidentin administrasiyasında artıq belə addımlar müzakirə olunur.

Bu, Krügerin belə bir ideya irəli sürdüyü ilk hal deyil. Sentyabrda "City and State New York" nəşrinə müsahibəsində o, şimal-şərq ştatlarının "Kanadanın cənub-şərq əyaləti" kimi birləşdirilməsini təklif edib.

Senatorun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, lakin ekspertlər bunu real təşəbbüsdən daha çox Trampın siyasətindən narazılığın simvolik ifadəsi hesab edirlər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar